Droqba prezident olmaq istəyir

  • 2019-11-17 16:28
  • 73

Dünya futbolunun tanınmış simalarından olan Didye Droqba prezident olmaq arzusundadır.

Rekord.az xəbər verir ki, 41 yaşlı futbol adamı ölkə başçısı yox, Kot-d'İvuar Futbol Federasiyasının prezidenti olmaq istəyir. Məhz buna görə də Droqba "Çelsi"nin Frenk Lempardla birgə məşqçi kimi çalışmaq təklifindən imtina etdiyini bildirib:

"Mən məşqçidən də artıq bir işə sahib olmaq istəyirəm. Məşqçi müəyyən komandaya təsir edə bilir. Mən isə ümumilikdə, ölkəyə xeyir vermək istəyirəm. Biz Kot-d'İvuar futbolunun inkişafı üçün işləməliyik".

Son xəbərlər