“Sabahın ulduzları” Bakı kuboku uğrunda yarışların U-15 yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib.


Rekord.az xəbər verir ki, bu oyunlardan sonra hər iki finalçı bəlli olub.


20 sentyabr 2026


“Neftçi” – EFA   4:2

Qollar: № 25. Sultan Orucov (27, 55), № 18. Qafar Babayev (60-pen., 63) // № 9. Tural Zahidov (20, 66).

Baş hakim: Mahmud Bağırzadə

Köməkçi hakimlər: Orxan İbişov, Qurban İsmayılov

Dördüncü hakim: Səbuhi İbrahimzadə

Hakim inspektor: Anar Salmanov

BFF nümayəndəsi: Məhərrəm Əliyev.


“Ulduz” – “Qarabağ”  1:0

Qol: № 14. Nihat Bəylərli (12).

Baş hakim: Maqsud Şamıyev

Köməkçi hakimlər: Mirnihat Seyidov, Anar Kərimli

Dördüncü hakim: Səbuhi İbrahimzadə

Hakim inspektor: Anar Salmanov

Oyun meneceri: Fərid Nağdaliyev.


Beləliklə, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların hər iki yaş qrupunda finalçılar məlum olub. U-14 yaş qrupunun final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək, “Ulduz” və “Neftçi”nin görüşündə bürünc medalların sahibi müəyyənləşəcək.


U-15 yaş qrupunda isə final oyunu “Neftçi” və ”Ulduz” komandalarının arasında olacaq. 3-cü mükafat uğrunda EFA və ”Qarabağ” mübarizə aparacaq.