Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.


Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda Rumıniya ilə üz-üzə gəlib.


Görüş 2:2 hesabı ilə başa çatıb. Azərbaycan komandasının heyətində Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov isə məğlub olub. Aydın Süleymanlı və Məhəmməd Muradlı isə heç-heçə edib.


Qadın şahmatçılarımız isə Serbiyanı 3:1 hesabı ilə məğlub edib. Günay Məmmədzadə və Xanım Balacayeva qələbə qazanıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə xalları yarı bölüblər.


Qeyd edək ki, daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya ilə görüş isə heç-heçə bitib - 2:2.


Qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveçi və İngiltərəni (hər ikisi 2,5:1,5) məğlub edib.


Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.