Azərbaycan atleti DÇ-də 91-ci oldu
- 12:20
- 37
Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova Danimarkanın paytaxtı Kopenhagendə keçirilən şose qaçışı üzrə dünya çempionatında iştirak edib.
Rekord.az xəbər verir ki, idmançı yarımmarafonda mübarizə aparıb.
A.Yusupova 1:19:19 nəticə göstərərək ümumi sıralamada 91-ci yeri tutub.
Qeyd edək ki, milli üzvü yarışda şəxsi məşqçisi Vüqar Ələsgərovun rəhbərliyi altında mübarizə aparıb.