"Araz-Naxçıvan" baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.


Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.


Qeyd edək ki, Zaur İsmayılovla Cavid Hüseynov cari mövsümün əvvəlindən "Araz-Naxçıvan"da çalışırdılar.