“Altı turda keçirdiyim ən həyəcanlı oyunlardan biri idi” - Azər Bağırov
- 19:30
- 34
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Şamaxı" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matç haqda fikirlərini bildirib:
"Çətin oyun oldu. “Araz-Naxçıvan”ın daha çox hücum edəcəyini gözləyirdik. Altı tur içərisində bəlkə də ən həyəcanlı oyunlarımdan biri idi. Çünki qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən. Bu epizodlar məni məyus edir. Amma irəliyə baxıb, müdafiədə və hücumda daha səlist oynamağa çalışacağıq. “Şamaxı” azarkeşlərinə də dəstəyə görə təşəkkür edirəm".
Bağırov qələbədə ehtiyat oyunçuların da böyük rol oynadığını vurğulayıb. O, komandanın əsas üstünlüyünün kollektiv daxilində birlik və qarşılıqlı dəstək olduğunu qeyd edib:
"Həqiqətən bir ailə olmaq lazımdır. Qələbəmizdə ehtiyatda oturan futbolçunun bəlkə də meydandakı futbolçudan daha çox payı var. Çünki motivasiya, bir-birimizə dəstək olmağımız çox önəmlidir. Mehriban kollektivimiz var, əsas üstünlüyümüz də budur".