Krivotsyukun komandası səfərdən 1 xalla qayıtdı
- 20:30
- 33
Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “İnçeon”la qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, 32-ci dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” 40 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.