Umbayev Bakıdakı dünya çempionatına təyinat aldı
- 15:20
- 35
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.
Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.
Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.