Yeni mövsümdən “Sumqayıt” Basketbol Klubunu türkiyəli mütəxəssis Uğur Özdemir çalışdıracaq. 


Rekord.az xəbər verir ki, o, yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb. 


Özdemir Azərbaycan basketbolu üçün tanış simadır.  O, buna qədər 2022-24-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən sabiq “Xırdalan” komandasının (hazırda “LANDAU Lions”) baş məşqçisi olub. 


Gənc mütəxəssisin başçılığı altında “Xırdalan” komandası iki dəfə çempionatın yarımfinalına qədər irəliləyib.  Özdemir  Türkiyədə “Türk Telekom”, “Daruşafaka”, “Çankaya Universiteti” və “Giresun” kimi klublarda da çalışıb.