Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.


Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 6-cı turda Argentina ilə üz-üzə gələcək.


Qadınlar isə Qazaxıstandan olan rəqibləri ilə mübarizə aparacaqlar.


8 xalla 11-ci pillədə qərarlaşan kişilərdən ibarət kollektiv daha öncə Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya və Rumıniya ilə görüşlər heç-heçə bitib - 2:2.


10 xalla 4-cü olan qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç, İngiltərə (hər ikisi 2,5:1,5) və Serbiyanı (3:1) məğlub edib.