Albaniya çempionatında 5-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" doğma meydanda "Partizani" komandasını qəbul edib. 


Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Zamiq matçın ikinci hissənin əvvəlində meydana daxil olub və sonadək oynayıb.


"Eqnatiya" 12 xalla ikinci pillədə qərarlaşıb.