Rüfət oynadı, komandası yenə uduzdu
- 11:00
- 36
İsrail çempionatında 5-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” səfərdə “Hapoel” (Beer Şeva) ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət matçın 68-ci dəqiqəsində meydana buraxılıb.
Bu nəticədən sonra Rüfətin komandası turnir cədvəlində 3 xalla 12-ci pillədə qərarlaşıb.