Mahirli “Rakuv” yenə uduzdu
- 22:00
- 35
Polşa çempionatında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” səfərdə “Korona” kollektivinin qonağı olub.
Qollarla zəngin keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Emreli matça ilk “11-lik”də başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Uğursuz seriyadan çıxa bilməyən “Rakuv” keçirdiyi 9 qarşılaşmadan sonra topladığı 3 xalla 18 komandalıq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.