Vüsal oynadı, komandası qalib gəldi
- 22:40
- 31
Kosovo Super Liqasında 7-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” öz azarkeşləri önündə “Balkani” kollektivini qəbul edib.
Gərgin keçən matç meydan sahiblərinin 2:1 hesablı iradəli qələbəsi ilə başa çatıb.
İsgəndərli oyuna start “11-lik”də başlayıb və komandasının uğurlu çıxışında pay sahibi olub. Bu zəfərdən sonra xal ehtiyatını 16-ya çatdıran “Malişeva” turnir cədvəlinin ikinci pilləsində mövqeyini möhkəmləndirib.