"Kəpəz" və "Sumqayıt" komandaları arasında sabah Misli Premyer Liqasının 6-cı turu çərçivəsində Gəncə Şəhər Stadionunda keçiriləcək oyuna bilet satışı intensivləşib.


Rekord.az xəbər verir ki, bu günün sonuna olan məlumata görə, qarşılaşmaya 7000 bilet satılıb. 


Bilet satışı onlayn şəkildə iticket.az saytı vasitəsilə həyata keçirilir. Sabah səhər saat 10-dan etibarən isə Gəncə Şəhər Stadionunun kassalarında satış davam etdiriləcək.


Yeri gəlmişkən, futbol həvəskarlarının böyük marağı nəzərə alınaraq, oyun günü növbə yaranmaması üçün stadionun kassalarının sayı 2-dən 4-ə çatdırılacaq.


Xatırladaq ki, "Kəpəz" - "Sumqayıt" matçı saat 19-da start götürəcək.