"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib.


Futbolinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 6-cı turunun "Sumqayıt"la görüşünə təsadüf edib – 1:1.


Gəncə klubu 720-ci qarşılaşmada "150"yə çatıb. Qərb təmsilçisi turnirin tarixində 150 və daha çox sülhə imza atan 5-ci komandadır.


"Kəpəz"in ilk heç-heçəsi 1992-ci il mayın 18-də qeydə alınıb. Bərdənin "Pambıqçı" klubu ilə səfər görüşü qolsuz başa çatıb.