“Sabahın ulduzları” Bakı kuboku uğrunda yarışların U-14 yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib.


Rekord.az xəbər verir ki, sentyabrın 19-da baş tutan qarşılaşmalarda “Qarabağ” və “Sabah” komandaları finala vəsiqə qazanıblar.


“Qarabağ” – “Ulduz” matçının əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə “Qarabağ” 5:4 hesabı ilə qalib gələrək finala yüksəlib.


Digər yarımfinal görüşündə “Sabah” “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib. Rəsul Əliyev 39 və 66-cı dəqiqələrdə, Rəcəb Əzizov isə 79-cu dəqiqədə fərqlənib.


Beləliklə, U-14 yaş qrupunun finalında “Qarabağ” və “Sabah” komandaları qarşılaşacaqlar.


“Sabahın ulduzları” Bakı kuboku uğrunda yarışların U-15 yaş qrupu üzrə yarımfinal oyunları sentyabrın 20-də keçiriləcək.


Günün qarşılaşmaları:


“Neftçi” – EFA

“Ulduz” – “Qarabağ”