"İmişli" Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sabah"a 1:3 hesabı ilə məğlub olub.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:


"Oyunun ağır keçəcəyini bilirdik. “Sabah”ın hücum xəttinin təhlükəli olduğunu bildiyimiz üçün, maksimal dərəcədə qarşısını almağa çalışırdıq. İlk hissədə istədiklərimizi reallaşdıra bildik. İkinci hissədə isə topa nəzarət etməyə çalışdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq".


Namazov komandanın bütün rəqiblərə qarşı eyni oyun planı ilə çıxmasının nəticələrə təsiri ilə bağlı sualı belə cavablayıb:


"Struktur baxımdan komandada bir iş yoxdursa, 20 tur da keçsə, nəticə olmayacaq. Təsadüfi işlə hansısa uğur qazanmaq mümkün deyil. Keçən oyunda 25-ci dəqiqədən sonra, bu oyunda isə ikinci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək".