"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.


Bu barədə Rekord.az Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.


Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.


Qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.