Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.


Yeniyetmələr arasında Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke) tatami üzərinə çıxacaqlar. Gənclərin heyətində isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) yer alıb.


Onlar "nage-no-kata" üzrə mübarizə aparacaqlar.


Sentyabrın 26-dan 27-dək keçiriləcək dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.