"Neftçi"də monteneqrolu hücumçu
- 19:30
- 40
"Neftçi" basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) "Buduçnost" və "Mornar" kimi tanınmış komandalarının da formasını geyinib.
Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstan "Alba Fehervar"ı olub.