Azərbaycan millisindən Qəbələdəki ilk yoxlama matçında heç-heçə
- 18:00
- 33
Azərbaycanın U-20 millisi Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Rekord.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu komanda "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
U-20 Qəbələdəki hazırlıq çərçivəsində oktyabrın 3-də Moldova, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qüvvəsini sınayacaq.