"Səbail"in maddi durumunun pisləşməsinən sonra bu klubun futbolçularına digər klubdan təkliflər gəlməsi haqda məlumat vermişdik.

 

Rekord.az xəbər verir ki belə təkliflərdən biri də Mirabdulla Abbasovla bağlıdır.

 

Belə ki "Sumqayıt" bu futbolçunun xidmətində maraqlıdır. Hətta futbolçuya dolayı yolla təklif də göndərilib ki "Səbail"də vəziyyət düzəlməsə "Sumqayıt"ın qapıları Mirinin üzünə açıqdır.Sadəcə Mirabdulla özü qərar verməyə tələsmir. Çünki o iddialı komandada oynamaq istəyir.