“Neftçi” PFK-nın rəsmi mağazasında satış rekordu qeydə alınıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


2025/26 mövsümündə 7837 ədəd məhsul satılıb. Bunlardan 1374-ü rəsmi oyun formasıdır. Bu göstərici klub tarixində rekorddur.


“Hər alınan məhsul azarkeşliyin isbatıdır. Təşəkkürlər, “Neftçi” azarkeşi!”, deyə klubun açıqlamasında qeyd edilib.