Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.


Rekord.az xəbər verir ki, Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.


Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) fərqləniblər.


Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penaltilər seriyasında daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 1/8 finala yüksəlib.


Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.