Çimərlik voleybolçularımız EEVZA çempionatlarında mübarizə aparacaqlar
- 17:00
- 32
Azərbaycanın
qız və oğlanlardan ibarət çimərlik voleybolu üzrə milli komandaları
Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) U-16, U-18 və U-20
yaş qrupları üzrə çempionatlarında iştirak edəcəklər. "Rekord.az" xəbər
verir ki, bu məqsədlə komandalarımız bu gün Latviyaya yola düşüblər.
U-18
yaş qrupu üzrə yarışlar 1–3 iyul, U-16 yaş qrupu üzrə çempionat 4–5
iyul, U-20 yaş qrupu üzrə yarışlar isə 15–17 iyul tarixlərində
keçiriləcək. Hər üç yaş qrupu üzrə qarşılaşmalar Latviyanın Cesis
şəhərində təşkil olunacaq.
Komandalarımız yarışlarda baş məşqçi Atvars Vilde və məşqçi Nihad Tərverdiyevin rəhbərliyi altında mübarizə aparacaqlar.
Qeyd
edək ki, çimərlik voleybolçularımız EEVZA çempionatları ilə yanaşı,
Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək Baltikyanı ölkələrin açıq
çempionatında da qüvvələrini sınayacaqlar.
Azərbaycan EEVZA çempionatlarında aşağıdakı cütlərlə təmsil olunacaq:
U-16 (qızlar)
Dilarə Ağayeva / Ulyana Kovalyova
Aydan Mirzəyeva / Aylin Əlizadə
U-18 (qızlar)
Leyla Əliyeva / Dilarə Ağayeva
Feyza Bolat / Cəmilə Bəşirova
U-18 (oğlanlar)
Emil Safronov / Tamerlan Tağlıyev
U-20 (qızlar)
Səbinə Əlizadə / Leyla Əliyeva
Feyza Bolat / Cəmilə Bəşirova
U-20 (oğlanlar)
İbrahim Məmmədov / Muhəmməd Aslanlı
Emil Safronov / Tamerlan Tağlıyev