Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan 2026/2027-ci illər mövsümü üçün ilk təyinatı alıb.


Rekord.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.


Qarşılaşma Almati şəhərində yerləşən “Ortalik” stadionunda baş tutacaq.