Balakən rayonunun Şambul kənd stadionunda Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən "Balakən Rayon İcra Hakimiyyəti Kuboku" uğrunda kəndlərarası futbol turnirinin açılış mərasimi və ilk oyunları baş tutub.

Rekord.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara turnirin əsasnaməsi və oyun qaydaları barədə ətraflı məlumat verilib. Turnirdə ümumilikdə 6 kənd komandası iştirak edir. İlk oyunlar maraqlı və gərgin idman mübarizəsi şəraitində keçirilib, qarşılaşmalar azarkeşlər tərəfindən böyük maraqla izlənilib. 

İlk oyunların nəticələri: 

Şambul – Gərəkli 3:1

Kortala – Talalar 1:1 (penaltilər seriyası: 6:5, Kortala)