“Zirə” Türkiyə klubuna məğlub oldu
- 21:00
- 39
“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “İğdır”la üz-üzə gəlib.
Matç rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski dubla imza atıb. Komandanın digər qolunu isə Elçin Əlicanov vurub.
“Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3 hesabı ilə uduzub.