"Sabah" futbolçu İqor Noqeyra ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.


Noqeyra 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışıb. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra "Sabah"la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.