Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 25 iyun 2026-cı il tarixində "26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd "26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü"nün qeyd edilməsi, gənclər arasında narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə məlumatlılığın artırılması, narkomaniyaya qarşı maarifləndirmə işinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği olmuşdur.
Tədbirin sonunda iştirakçılar idmançı gənclərin məşq prosesini izləmiş, onların məşğul olduqları idman növləri ilə yaxından tanış olmuş və xatirə şəkli çəkdirmişlər.