“Karvan-Yevlax”dan “Səbail”ə
- 19:00
- 43
"Karvan-Yevlax"dan ayrılan futbolçu Eltun Turabovun yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, "Səbail" 29 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçu ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Eltun Turabov ötən mövsüm Misli Premyer Liqasında 29 oyunda 1 qolla yadda qalıb.