Qadın voleybolçulardan ibarət "Gəncə" klubu daha bir əcnəbi oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, komanda braziliyalı voleybolçu Hellen Luvizetti Lacavanı heyətinə qatıb.

Hellen Luvizetti Lacava ən azı bir il Gəncə təmsilçisinin uğurları üçün çalışacaq.

Bir neçə il öz ölkəsində çıxış edən hücumçu eyni zamanda ABŞ, Kanada, Kosovo və Fransada legioner həyatı yaşayıb. 29 yaşlı voleybolçu son mövsümü Fransanın "Volleyball Pays Viennois" klubunda keçirib.