Naqelsman hakimi günahkar çıxartdı
- 08:00
- 37
1/16 finalda penaltilərlə Paraqvaya uduzaraq mübarizəni dayandıran Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann oyunun hakimindən narazı qalıb.
Rekord.az xəbər verir ki, o, 102-ci dəqiqədə Tahinin sayılmayan qolunu hakim səhvi kimi şərh edib.
O, bunları deyib: "Biz qol vururuq, hakim buan fitlə cavab verir. Bu, skandaldı. Başa düşmürəm, hakimlər nə gördülər. Bu, gülməlidir. Bu nəinki qayda pozuntusu idi, heç qayda pozuntusuna yaxınd a deyildi".