U-17 millimiz Tacikistana məğlub oldu
- 00:48
- 36
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar iyulun 1-də ikinci yoxlama oyununda üz-üzə gələcəklər.