Almaniya kansleri Fridrix Merts milli komandanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasına reaksiya verib.


Rekord.az xəbər verir ki, o, millinin  Paraqvaya penaltilərdə (1-1,  3-4) məğlub olaraq turnirdəki iştirakını dayandırmasına təəccüblü münasibət bildirib.


Kansler nəinki millinin tənqid edib, hətta fəxr etdiyini bildirib: "Ağrılı məğlubiyyətə baxmayaraq, necə də gözəl bir performans göstərdiniz. Mundialdakı sədaqətiniz və komanda ruhbunuzla ölkəmizə sevinc bəxş etdiniz. Sizinlə fəxr edirik".