Fərid Qayıbov UFC-də çıxış edən azərbaycanlı idmançılarla görüşdü
- 21:30
- 32
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda ikinci dəfə keçirilən "UFC Fight Night" turnirində Azərbaycanı təmsil edən idmançılar – Rafael Fiziyev, Nazim Sadıxov, Fərman Həsənov və Tahir Abdullayevlə görüşüb.
Rekord.az xəbər verir ki, söhbət zamanı idmançıların turnirdəki çıxışları, yarışla bağlı təəssüratları və gələcək planları müzakirə olunub.
Fərid Qayıbov onları nümayiş etdirdikləri mübarizəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
İyunun 27-də Bakıda keçirilən "UFC Fight Night" turnirində Azərbaycan təmsilçilərindən Rafael Fiziyev, Fərman Həsənov və Tahir Abdullayev qələbə qazanıblar.