Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman komandanın dünya çempionatında mübarizəni dayandırmasından sonra ünvanına səslənən tənqidlərə münasibət bildirib.


Rekord.az xəbər verir ki, 63 yaşlı mütəxəssis Mərakeş yığmasına uduzduqları (1:1, p. - 3:4) 1/16 final mərhələsinin oyununun ardından fikirlərini bölüşüb:


O, yığmadakı taktiki qərarlarla bağlı müzakirələrə toxunub:


"Bütün Niderland deyirdi ki, beş müdafiəçi ilə oynamalıyıq. Biz beş müdafiəçi ilə oynadıq, amma yenə də tənqid olunduq. Bir daha xatırladıram: tənqidlərə əhəmiyyət vermirəm".


Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.