"26 "döyüşçü" bu oyuna gəldi və əfsanəyə çevirildi"
- 08:45
- 41
Almaniyanı oyunsonrası penaltilərlə məğlub edərək DÇ-2026-nın 1/8 finalına yüksələn Paraqvay millisinin baş məşqçidi Qustavo Alfaro oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, qələbənin səbəbini bu cür izah edib: "Heç vaxt özümüzü əvvəlcədən məğlub hesab etmirik. İyirmi altı "döyüşçü" bu oyuna gəldi və əfsanəyə çevrildi. Əgər ABŞ-a məğlubiyyətdən dərs çıxarmasaydıq, bu matça hazır olmazdıq. Oyunçulara dedim ki, bu gün unudulmaz bir axşam olacaq. Qarşındakı bütün maneələri aşmasan, uğur gəlməyəcək. Penalti daxil".
Baş məşqçi komandann qapıçısı Kanale haqda da danışıb: "O, əsl qəhrəmandı. Bir çox çətinliklərin öhdəsindən gəlməli idi. Bugünkü axşam onun həyatındakı hədiyyələrdən biri idi. Bu, ilahi ədalətdir".