Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.


Rekord.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.


Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.


Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:3) Cənubi Amerika təmsilçisi 1/8 finala yüksəlib.


Komandanın bu raunddakı rəqibi Fransa - İsveç cütünün qalibi olacaq.