DÇ-2026-nın 1/16 final mərhələsində Niderlandı penaltilər seriyasında məğlub edən Mərakeş millisi bu qələbəyə layiqdir.


Rekord.az xəbər verir ki, bunu Mərakeş yığmasının baş məşqçisi Məhəmməd Vəhbi oyundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis qələbə barədə danışarkən, topa sahibolma göstəricilərinə xüsusi toxunub:


"Bu, tamamilə layiq olduğumuz qələbədir. Hesab edirəm ki, rəqibdən tam üstün oynadıq. Onlar topa cəmi 30 % sahib oldular. Bizdə isə bu göstərici təxminən 70 % təşkil edirdi. Daha çox qol vəziyyətlərimiz və zərbələrimiz oldu".


Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında Mərakeş yığmasının futbolçuları daha dəqiq oynayıblar - 3:2.


Afrika təmsilçisi 1/8 finalda Kanada ilə qarşılaşacaq.