“Qəbələ”dən ikinci transfer
- 15:00
- 36
“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, komanda Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlayıb.
25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.
O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.