Millimizin Şotlandiya ilə matçının hakimləri açıqlandı
- 18:00
- 39
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Şotlandiyaya qarşı keçirəcəyi oyununa təyinatlar açıqlanıb.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsindəki matç Norveçdən olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Matiyas Stöfrinqshauqa həmyerliləri Erland Hareland və Edvard Helgerud köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mohammad Usman Aslam yerinə yetirəcək.
U-21 millisinin Şotlandiya ilə oyunu sentyabrın 30-da Kilmarnok şəhərində keçiriləcək. Qarşılaşma saat 22:30-da start götürəcək.