Azərbaycan gimnastları DÇ-də bürünc medal qazandılar
- 22:00
- 31
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri bürünc medal qazanıblar.
Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28,950 xalla bürünc medala sahib olublar.