Bu gün "Kəpəz"in əvəzedicilərdən ibarət heyəti Azərbaycanın U-19 yığması ilə yoxlama matçı keçirib. 


Rekord.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüş 1:1 hesabı ilə nəticələnib.


Birinci hissəsi qolsuz bərabərliklə başa çatan oyunda fasilədən sonra milli komanda hesabı açıb. Buna baxmayaraq, Xaliq Mərdanovun yetirmələri sonadək mübarizə aparıblar və Amur Yusifovun qolu sayəsində tarazlığı bərpa ediblər.


Qeyd edək ki, U-19 yığması "Kəpəz"in bazasında təşkil olunan təlim-məşq toplanışı çərçivəsində oktyabrın 2-də əsas komanda ilə qarşılaşacaq.