Sabah Konfrans Liqasında Litva millisi ilə üz-üzə gələcək Azərbaycan millisi bu gün matçın oynanılacağı Kaunas stadionunda məşqə çıxıb.


Rekord.az xəbər verir ki, məşqi AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə, baş katib Cahangir Fərəcullayev də izləyib.


Komandamızda heyətlə bağlı itki yoxdu. Mahir Əmrəli də tam gücü ilə məşqdə iştirak edir