Azərbaycan boksçusundan AÇ-də gümüş medal
- 23:00
- 33
Azərbaycan boksçusu Nəbi İsgəndərov Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, İsgəndərov 70 kq çəki dərəcəsində mübarizədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kq) qızıl, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.