“Bakıdakı qran-pri mənim üçün uğurlu alındı” - Corc Rassell
- 19:00
- 34
"Mersedes" pilotu Corc Rassell Azərbaycan qran-prisindəki qələbəsi haqqında fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, sürücü bu barədə yarışdan sonra açıqlama verib.
O, qran-pri ilə bağlı danışıb:
"Hər yarışa qələbə üçün çıxıram. Bu gün məndə hər şey alındı. Son Qran-prilər mənim üçün uğursuz olmuşdu. Amma Bakıda yaxşı nəticə qazandım. Son dövrədə sarı bayraqlar gördüyüm üçün sürətimi bir qədər azaltmışdım".
Qeyd edək ki, "Formula" 1 üzrə Azərbaycan qran-prisində Corc Rassell bütün rəqiblərini qabaqlayıb. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.