Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.


"Bank Respublika Arena"da keçirilən  görüşü  irlandiyalı FİFA referisi Aaron Odoud idarə edib.


Oyun 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan millisinin qolunu 45-ci dəqiqədə Eşqin Əhmədov vurub.


Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.