Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.


Rekord.az xəbər verir ki, qadınlardan ibarət komanda 9-cu turda Çexiyanı 4:0 hesabı ilə üstələyib.


Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5.


Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.